• USD 1,7000 0,00% EUR 2,0215 +0,00%
    • GBP 2,3347 +0,29% RUB 0,0220 +0,45%

Dünya əhalisinin 75 faizinin vaksinasiyasına 4,5 il lazımdır

Dünya əhalisinin 75 faizinin vaksinasiyasına 4,5 il lazımdır

İndiyədək dünyanın 107 ölkəsində insanlara koronavirus əleyhinə 245 milyon vaksin dozası vurulub.

Publika.az xəbər verir ki, Bloomberg agentliyinin məlumatına əsasən, hazırda hər gün dünya üzrə təxminən 6,79 milyon insan COVID-19 infeksiyasına qarşı peyvənd olunur.

Bildirilir ki, bu templə dünya əhalisinin 75 faizinin vaksinasiya edilməsi üçün təxminən 4,5 il vaxt lazım gələcək.

Yüz nəfər əhaliyə düşən vaksin dozasının miqdarına görə, İsrail birinci pillədə qərarlaşıb (89.9 nəfər). Sonrakı yerləri Birləşmiş Ərəb Əmirlikləri (56,08 nəfər), Böyük Britaniya (31,58) və ABŞ (23,16) tutur.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR