“Bu, münaqişənin daha 20-50 il dondurulmasına gətirib çıxaracaq” – Şok iddia
Bizi izləyin

Dünya

“Bu, münaqişənin daha 20-50 il dondurulmasına gətirib çıxaracaq” – Şok iddia

“Gələcəkdə vəziyyətin kəskinləşməsi prinsipial olaraq genişmiqyaslı hərbi əməliyyatlara qədər mümkündür. Amma demək olmaz ki, bu, mütləq belə olacaq”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri erməni mətbuatına müsahibəsində rusiyalı hərbi analitik Pavel Felqenqauer Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki son vəziyyəti şərh edərkən deyib.

“Ümumiyyətlə, müharibədən nə Ermənistan, nə də Azərbaycan qorxur. Bu barədə hər iki ölkənin rəsmiləri danışırlar. Nə vaxt ki, silahlı insanlar qarşı-qarşıya dayanıblar və hərbi əməliyyatlardan qorxmurlar, müharibə mütləq başlayacaq. Sərhəddə neytral zona və beynəlxalq müşahidəçilər yoxdur”, - o bildirib.

Rusiyalı hərbi analitik hesab edir ki, müharibə Ermənistan üçün indiki vəziyyətdə daha az münasibdir. O, Ermənistanı status-kvo vəziyyəti qane etdiyini qeyd edib: “Bəli, Ermənistan istəyir ki, Türkiyə tərəfindən blokada qaldırılsın. Amma Azərbaycanla problem həll etmədən bu blokadanı aradan qaldırmaq mümkün deyil”.

Pavel Felqenqauer son illər ərzində Azərbaycan fəal silahlandığını deyib: “Buna görə də onlar düşünürlər ki, Ermənistanı məğlub etmək üçün hərbi potensial kifayət qədərdir. Amma bütün bunlar Ukrayna hadisələrindən çox asılıdır. Rusiya Ukraynada qarşıdurmaya cəlb edilib və bütün sülh təşəbbüsləri Ukraynaya yönəldilib. Amma əmin deyiləm ki, Bakıda məqsədyönlü şəkildə provokasiyalara başlamaq barədə qərar qəbul edilib. Prosesləri proqnozlaşdırmaq çox çətindir. Çünki təhlükəli vəziyyət yaranıb və hər iki tərəf müharibədən qorxmadığını nümayiş etdirir. Bu isə irimiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər”.

O, cəbhə xəttindəki vəziyyətin Rusiya tərəfindən gərginləşdirildiyi barədə iddiaları isə qəbul etməyib: “Mən bu məsələdən şübhələnirəm. Hesab etmirəm ki, Rusiya bu mərhələdə Cənubi Qafqazda vəziyyətin gərginləşməsində maraqlıdır. Əlbəttə, Azərbaycan və Ermənistan, bütövlükdə Cənubi Qafqaz Moskva üçün maraqlıdır. Rusiya keçmiş SSRİ dövründə olduğu kimi Cənubi Qafqazda dominant mövqe qazanmağa cəhd edir. Müharibə hazırda Rusiya üçün maraqlı deyil. Dağlıq Qarabağ üçün Rusiya heç bir formal öhdəliyi üzərinə götürmür. Bir halda ki, Ermənistan Qarabağsız KTMT-nin üzvüdür və hətta Qarabağsız Gömrük Şurasına daxil olur. Vəziyyətin kəskinləşməsinə görə Moskvadan şübhələnmək üçün kifayət qədər əsas yoxdur”.

Rusiyalı ekspert Ermənistanın vəziyyətinin əslində kifayət qədər ağır vəziyyətdə və diplomatik imkanlarının kiçik olduğunu deyib.

Qarabağda sülhməramlıların yerləşdirməsi barədə səslənən iddialara gəlincə, o, Rusiyanın hələ 1994-cü ildə belə bir təkliflə çıxış etdiyini xatırladıb: “Hətta 1995-ci ildə Moskvada danışırdılar ki, tezliklə sülhməramlıların yerləşdirilməsinə başlanılacaq. Ancaq münaqişə tərəfləri bununla razılaşmadı. Onların bu gün razılaşacağına da şübhə edirəm. İlk növbədə, Azərbaycanın bununla razılaşacağına inanmıram. Rusiya müəyyən sayda, məsələn 1000-1500 nəfərlik sülh gücünü göndərə bilər. Hətta ən yaxşı halda, çoxsaylı sülh kontingentini gözləmək lazım deyil. Düşünmürəm ki, sülhməramlıların münaqişə zonasında yerləşdirilməsi məsələsinə Azərbaycan öz razılığını verəcək. Bir halda ki, bu münaqişənin daha 20-50 il dondurulmasına gətirib çıxaracaq. Erməni tərəfinin razılaşacağını güman etmək olar. Gözləmək olar ki, Rusiya tərəflərdən status-kvonu saxlamağı xahiş edəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm