ÜST-dən ölkələrə İRAD - Gücləndirilməlidir!
Bizi izləyin

Dünya

ÜST-dən ölkələrə İRAD - Gücləndirilməlidir!

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç ölkələrin koronavirusla mübarizədə yol verdiyi əsas səhvlərdən danışıb.

Publika.az xəbər verir ki, ÜST rəsmisi ölkələrin peyvəndə arxayınlaşaraq karantin tədbirlərinə laqeyd münasibət göstərməsinə irad bildirib.

“Əhalinin sağlamlığını qorumaq üçün əsas tədbirlər epidemiyaya qarşı mübarizənin təməli olaraq qalır: onlar gücləndirilməlidir”, - ekspert “Lenta.ru”ya müsahibəsində qeyd edib.

Yazareviç koronavirus pandemiyasını məğlub etmək üçün ölkələri yüksək texnoloji imkanlar da daxil olmaqla, bütün imkan və vasitələrdən istifadə etməyə çağırıb.

ÜST-nin koronavirusu pandemiya elan etməsindən bir il ötür.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm