.jpg)
Rusiya Ukrayna hadisələrinə görə üzləşdiyi sanksiyalara
qarşı cavab addımları atmağa başlayıb.
Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi
məlumata görə, Rusiya prezidenti Vladimir Putin “Rusiya
Federasiyasının təhlükəsizliyin təmin olunması üçün xüsusi iqtisadi
ölçülərin tətbiqi Haqqında” fərmanı imzalayıb.
Fərmana görə, Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrdən
kənd təsərrüfatı məhsullarının müxtəlif növlərinin, həmçinin xammal
və ərzağın idxalı qadağan edilir və ya məhdudlaşdırılır. Fərmanda
bildirilir ki, sənəd “Rusiya Federasiyasının milli maraqlarının
müdafiəsi üçün” qəbul edilib.
Qeyd edək ki, Ukraynaya təcavüzdə ittiham olunan Rusiyaya qarşı
Avropa Birliyi, ABŞ, Kanada, Yaponiya, İsveçrə, Avstraliya və
dünyanın bir sıra ölkələri sanksiyalar tətbiq edib.
Ömər Dağlı