Ukrayna ordusu Rusiya ərazisindən ağır artilleriya atəşinə tutulub
Bizi izləyin

Dünya

Ukrayna ordusu Rusiya ərazisindən ağır artilleriya atəşinə tutulub

Ukrayna antiterror güclərinin Dyakovo qəsəbəsi yaxınlığındakı mövqeləri Rusiya ərazisindən “Qrad” və minaatanlardan atəşə tutulub.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.
Hərbi ekspert həmçinin İlovayska rayonu yaxınlığında Ukrayna kəşfiyyatçılarının pusquya düşdüyünü bildirib. O, itkilər barədə məlumatların dəqiqləşdirildiyini qeyd edib.

D.Tımçuk Ukrayna ordusunun 24, 72 və 79-cu briqadalar artıq 20 gündən çoxdur ki, terrorçular tərəfindən mühasirəyə alındığını bildirib. “79-cu briqadada vəziyyət fövqəladə dərəcədə mürəkkəbdir. Dyakovo qəsəbəsinin yaxınlığında yerləşən briqada Rusiyanın ərazisindən iki gündür ki, fasiləsiz ağır artilleriyadan atəşə tutulur”, - hərbi ekspert qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm