Gürcüstan 2017-ci ildən peşəkar orduya keçəcək
Bizi izləyin

Dünya

Gürcüstan 2017-ci ildən peşəkar orduya keçəcək

Gürcüstanın müdafiə naziri İrakli Alasaniya ordudakı ixtisarların peşəkar orduya keçidlə bağlı olduğunu söyləyib.

Musavat.com-un gürcü KİV-ə istinadən verdiyi xəbərə görə, müdafiə naziri 20117-ci ildən silahlı qüvvələrin tamamilə peşəkar hərbçilərdən ibarət olacağını söyləyib. Bu səbəbdən çağırışçıların sayı mərhələ-mərhələ azaldılacaq.

“Plana əsasən 2017-ci ildə biz peşəkar orduya keçməliyik. 2017-ci ildə bu məsələ tam şəkildə reallaşacaq”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, çağırışçıları sayı ötən illə müqayisədə 2 min nəfər azaldılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm