Türkiyədə dedektor itlər yetişdirildi: Koronavirus xəstələrini saniyələr içində...
Bizi izləyin

Dünya

Türkiyədə dedektor itlər yetişdirildi: Koronavirus xəstələrini saniyələr içində...

Ankara Universiteti ilə Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatının (TÜBİTAK) birgə rəhbərliyi ilə icra edilən layihə çərçivəsində yeni tip koronavirusunu aşkarlayan dedektor itlər yetişdirilib.

Publika.az xəbər verir ki, paytaxt Ankarada baş tutan təqdimatda içində koronavirus xəstələrinə aid maskaların olduğu bağlamalar 9 qutudan birinə yerləşdirilib. “Border Collie” cincindən olan Zippo adlı it onu saniyələr içində axtarıb-tapıb.

Ankara Universiteti Baytarlıq fakültəsinin dekanı, professor Ender Yarsan koronavirus diaqnozunda Türkiyədə ilk dəfə dedektor itlərdən istifadə ediləcəyini bildirib. Professor deyib ki, onların vasitəsilə “Covid-19”un diaqnozu təyin etmək 100 faiz mümkün olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm