Dünya
İŞİD-çinin 9 yaşlı qızla evləndiyi iddia olundu (VİDEO)
Türkiyədəki bəzi xəbər saytları sosial şəbəkədə yayılan bir
fotoya istinad edərək İŞİD yaraqlısının 9 yaşlı kiçik qızla
evləndiyini iddia edib. ANS PRESS-in xəbərinə görə, həmin fotoda
saqqallı İŞİD üzvü ilə onun yanında dayanmış, ağlayan azyaşlı qız
əks olunub. Xəbərin yalan olduğu, həmçinin bu xəbəri
hazırlayanların hədəfinin İŞİD yox, İslam dini və müsəlmanlar
olduğu məlum olub.
Qeyd edək ki, “etisam” adlı mətbu orqan həmin şəkildəki həqiqəti
əks etdirən video-çarx yayıb. Məlum olub ki, bu video 2013-cü ildə
Tunisdə keçirilən müsabiqədə çəkilib və şəkil də həmin videodan
götürülüb.
Müsabiqənin iştirakçısı olan azyaşlı qız Qurani Kərimdən surələr
oxuyur və ağlamağa başlayır. Fotoda onun yanında dayanan, əslində
isə müsabiqənin aparıcısı olan saqqallı şəxs isə onu təsəlli edir.
Daha sonra həmin qız mükafatlar verilərək yerinə göndərilir.
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı