YAP-dan AKP-yə dəstək
Bizi izləyin

Dünya

YAP-dan AKP-yə dəstək

Türkiyədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Ədalət və İnkişaf Partiyasının (AKP) təbliğat işində iştirak etmək üçün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin nümayəndə heyəti bu ölkəyə səfərə dəvət edilib.

Publika.az-ın məlumatına görə, “Prezident seçkilərində Ədalət və İnkişaf Partiyasının Gənclik Qollarının Təcrübə Mübadiləsi Proqramı” çərçivəsində avqustun 6-dan 11-dək həyata keçiriləcək səfərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü Həsən Daşdəmirov və YAP Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov təmsil olunacaqlar.

Səfər çərçivəsində rəsmi görüşlərin keçirilməsi, qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi proqramlarının daha tez-tez reallaşdırılması üçün müzakirələr də aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm