Dünya
Obama: "Qəzza xalqına simpatiyam var"
ABŞ prezidenti Barak Obama Qəzza içərisində çətin
şərtlər altında mübarizə aparan mülki insanlara böyük simpatiyası
olduğunu söyləyib.
"Həmasa qarşı heç bir simpatiyam yoxdur. Amma Qəzza içərisində
çətin şərtlər altında mübarizə aparan sıravi insanlara böyük
simpatiyam var".
ANS PRESS-in məlumatına görə, Obama ABŞ-Afrika Liderləri Zirvəsinin
sonunda təşkil etdiyi mətbuat konfransında, İsrail ilə Həmas
arasındakı atəşkəsin uzadılması səylərini və İsrail Baş naziri
Binyamin Netanyanunun Qəzza hücumunu "haqlı və mütənasib" olaraq
xarakterizə edən sözlərinə bağlı bir sualı cavablandırıb.
İsrailin məskunlaşma yerlərini hədəf alan raket hücumlarına qarşı
özünü müdafiə etmə haqqını israrla dəstəklədiyinə diqqəti çəkən və
Həması "məsuliyyətsiz" olmaqda ittiham edən Obama, bunun yanında,
qadın və uşaqlar da daxil günahsız vətəndaşların başına gələnlərə
görə təəssüfləndiyini bildirib.
Hal-hazırda ən azı müvəqqəti bir atəşkəsin təmin edilmiş olmasından
çox xoşbəxt olduğunu ifadə edən Obama, indi soruşulması lazım olan
problem, bu müvəqqəti atəşkəsin uzadılmasını necə təmin etməliyik
sualıdır- deyə bildirib.
Misirdəki görüşləri dəstəklədiyini deyən Obama; "Məncə qısa
müddətli hədəf, raket hücumlarının yenidən başlamayacağından,
İsrail hökumətinin bu tunelləri blok etmə işinin tamamlandığından
və bu qarşıdurmanın nəticəsində çox pis ziyan görən Qəzzanin
yenidən inşasına köməkçi olma müddətinə girmiş olduğumuzdan əmin
olmalıyıq. Qəzzada bundan sonra iqtisadi artıma və əhalisinin
çoxunun cavan olduğunu nəzərə alaraq məşğulluq probleminə
yönəlməliyik. Qəzza xalqına istiqamətli fürsətlərdən dəyişim görmək
məcburiyyətindəyik " deyə bildirib.
"Qəzza xalqının ümidə ehtiyacı var" - deyən Obama, belə davam etdi:
“Həmasa qarşı heç bir simpatiyam yoxdur. Amma Qəzza içərisində
çətin şərtlər altında mübarizə verən sıravi insanlara böyük
simpatiyam var. O zaman bu sual ortaya çıxır; İsrailin Qəzzanı
atəşə tutmamasından və Qəzza xalqının dünyadan təcrid olunmuş
vəziyyətdən çıxmasına bir yol tapa bilərikmi? Məncə əldə düsturlar
var ancaq siyasi liderlər tərəfindən risklər alınması tələb olunur.
Güvənin yavaş şəkildə yenidən yaradılması lazımdır ki, son şahid
olduğumuz şiddətdən sonra bu əlbəttə çox çətin görünür. Bu səbəbdən
o nöqtəyə dərhal çatacağımızı sanmıram. Ancaq ABŞ-ın hazırki
hədəfi, atəşkəsin mühafizə edilməsi, Qəzzanin yenidən inşa
müddətinə başlaması, Qəzza xalqının bir az ümid hiss eşitməsini və
İsrail xalqının da son bir neçə həftə ərzində baş verdiyinə bənzər
raket hücumlarına təkrar məruz qalmayacaqlarından əmin olmasını
təmin edəcək tədbirlərin alınmasıdır".
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək