NATO-dan kritik Rusiya AÇIQLAMASI
Bizi izləyin

Dünya

NATO-dan kritik Rusiya AÇIQLAMASI

Gələcək üçün daha güclü ittifaq qurmaq yolunda cəsur və iddialı olmalıyıq. Çünki çətinliklərin heç bir sərhəd tanımadığı daha təhlükəli və rəqabətli bir dünyada yaşayırıq".

Publika.az "Sozcu"yə istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Alyans rəhbəri bildirib ki, NATO 2030-cu ildə terrorla mübarizə, kiber təhlükəsizlik, Çin və Rusiya ilə rəqabət, iqlim dəyişikliyi kimi mövzuları müzakirə edəcək:

"Çin və Rusiya kimi avtoritar güclər tərəfindən meydan oxunan qaydalara əsasən asayişi qorumaqla əlaqədar məsələlər də müzakirə mövzusu olacaq".

"Rusiya ölkədəki müxalifləri sıxışdırmağa davam edir. Xaricdə təcavüzkar davranış modeli sərgiləyir. İttifaq olaraq Rusiyaya qarşı mövqeyimizə sadiq qalırıq", - deyə Stoltenberq vurğulayıb.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm