Ukrayna rus kitablarını ölkəyə buraxmayacaq
Bizi izləyin

Dünya

Ukrayna rus kitablarını ölkəyə buraxmayacaq

Ukrayna Nazirlər Kabineti Rusiya kitablarına sanksiya tətbiq etmək niyyətindədir.

Axar.az Ukrayna Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini Aleksandr Sıç “Ukrayna kitabı informasiya müharibəsi şəraitində” brifinqində bildirib.

A.Sıç qeyd edib ki, RF-də istehsal edilən müvafiq məhsullara qarşı sanksiya tətbiq edilməsinə dair hökumətin qərarı ilə əlaqədar komissiya tərəfindən müəyyən təkliflər irəli sürülüb:

"Mən heç də demirəm ki, Rusiyada nəşr olunan bütün kitablar pisdir. Bununla yanaşı, biz sadəcə, Ukrayna oxucusunu ölkədəki vəziyyəti destabilləşdirməyə yönlənmiş ksenofobiya təlqin edən nəşr məhsullarından qorumağa borcluyuq”.

O, həmçinin bildirib ki, NK hazırda ölkədə kitab çapı və yayımı işinin inkişafı üçün lazımi işləri görməkdədir:

"Biz dövlət qərarlarının qəbulundə ictimaiyyətlə bü sahədəki aktiv dialoqdan əməkdaşlığın təsirli mexanizmlərinin işlənib hazırlanmasına keçməyə nail olmuşuq. Xüsusilə də Ukrayna kitab bazarının həddini aşmış idxal məhsullarından təxirəsalınmaz müdafiəsi, vergilərin sistemləşdirilməsi, mütaliənin populyarlaşdırılması və kitab nəşri sahəsindəki problemlərin normallaşdırılması sahəsində...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm