Donetsk ağır artilleriya atəşinə tutulur – VİDEO
Bizi izləyin

Dünya

Donetsk ağır artilleriya atəşinə tutulur – VİDEO

Bu səhər Donetsk əhalisi bomba səslərinə oyanıb.

Publika.az xəbər verir ki, bu haqda şəhər sakinləri sosial şəbəkələrdə yazıblar. Şəhərin mərkəzində və cənub hissəsində partlayış səsləri eşidilir.

Anton adlı istifadəçi “Tvitter”də yazır: ”Səhər saat 5-dir. Artilleriya səsindən qulaq tutulur. Otuza yaxın partlayış saymışam”.

“Şəhərin cənub-qərb istiqamətində döyüş gedir. Evimin pəncərələri partlayış səslərindən titrəyir”. Bunu isə Anya adlı istifadəçi “Vkontakte” sosial şəbəkəsində yazıb.

İstifadəçilərin hamısı qeyd edir ki, partlayış səsləri səhər saat 4:30-dan etibarən eşidilməyə başlayıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm