ABŞ-ın raket kreyseri Qara dənizə daxil oldu
Bizi izləyin

Dünya

ABŞ-ın raket kreyseri Qara dənizə daxil oldu

ABŞ-ın “Vella Gulf” raket kreyseri Qara dənizə daxil olub.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, kreyserin Qara dəniz sularına daxil olmasının hədəfi regionda təhlükəsizlik və sabitliyi təmin etməkdir.

“Vella Gulf” kreyseri bundan əvvəl 7 iyul tarixində Qara dənizə daxil olmuşdu. Rusiya Müdafiə Nazirliyindəki mənbə “RİA-Novosti” xəbər agentliyinə bildirib ki, Rusiyanın Qara dəniz donanmasının aviasiya qüvvələri NATO-nun Qara dəniz akvatoriyasındakı gəmilərin bütün hərəkətlərini izləyir.

Montre konvensiyasına əsasən, sahilyanı olmayan dövlətlərin hərbi gəmiləri Qara dənizdə 21 gündən çox olmamalıdır. Ukrayna hadisələrinin başlanmasından sonra Qara dənizə daxil olan ABŞ-ın “USS Taylor” gəmisi bu müddəanı pozaraq 11 gün daha çox qalmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm