Ukraynalı polkovnik: “Separatçılar “Allahu-Əkbər” qışqırırdılar”
Bizi izləyin

Dünya

Ukraynalı polkovnik: “Separatçılar “Allahu-Əkbər” qışqırırdılar”

Dneprepetrovsk hospitalında müalicə alan polkovnik, Ukrayna ordusunun komandirlərindən biri separatçılara əsir düşməsindən danışıb.

Publika.az “Seqodnya. Ua” qəzetinə istinadən xəbər verir ki, polkovnik iyunun 23-də əsir düşübmüş: “İyunun 23-də Liçansk briqadası mühasirəyə düşdü. Əvvəlcə briqada generalı Aleksandr Radiyevski həlak oldu. Onu snayperlə vurdular. Onun meyitini güllə altından çıxarmaq istədik. Özümüz pis vəziyyətə düşdük. Yanımda mina partlayanda huşumu itirdim. Gözümü açanda başımın üstündə silahlıları gördüm. Onlar “Allahu-Əkbər” deyə qışqırırdılar.

Üstümü axtardılar. Cibimdən polkovnik vəsiqəm çıxdı. Bəlkə, buna görə də öldürmədilər, özlərininki ilə dəyişmək istəyirdilər. Ona görə xəstəxanaya çatdırıb, ağrıkəsici vurdular. Separatçıların arasında çeçenlər vardı. Məni əsir alan onlar idi. Gecələr bombardman başlayanda hamısı zirzəmiyə enirdi. Mənsə palatada tək qalırdım. Bir aydan sonra məni dəyişdilər. İndi burada müalicə alıram”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm