Dünyada son 24 saatda 660 min nəfərdə virus tapılıb
Bizi izləyin

Dünya

Dünyada son 24 saatda 660 min nəfərdə virus tapılıb

Dünyada koronavirusa yoluxanların sayı son 24 saatda 659 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında bildirilir.

Məlumata əsasən, ötən sutka ərzində 659 917 nəfər yeni koronavirusa yoluxub, 11 626 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 129 215 179, ölənlərin isə 2 820 098 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm