"Boinq-777"-nin qara qutusunun sirri açılır
Bizi izləyin

Dünya

"Boinq-777"-nin qara qutusunun sirri açılır

Ukraynanın şərqində qəzaya uğramış “Boeing 777” Malayziya təyyarəsinin qara qutusunun ilkin sirri açılıb. Müəmmalı qəzanın təfərrüatları isə avqustun ortlalarında üzə çıxacaq.

Publika.az “İnterfaks”a istinadən xəbər verir ki, Malayziyanın nəqliyyat naziri məlumatları topladıqlarını və qəza yerindəki qalıqları öyrəndiklərini bildirib. O deyib ki, ən vacib olan qara yeşiklərdir, çünki onlara əsasən nə baş verdiyini dəqiq bilmək olar.

Xatırladaq ki, qəza Ukraynanın hava məkanında, iyulun 17-də baş verib. “Malaysia Airlines”in Amsterdam-Kuala Lumpur reysi üzrə uçan təyyarə qəzaya uğrayıb. Nəticədə 298 nəfər həlak olub.

Qəzanı araşdıran ekspertlər müəyyən ediblər ki, kabinədə qeydə alınan sonuncu səs ekipajın yerdəki avianəzarət xidmətiylə danışığı olub. Bundan başqa, efirdə sonuncu eşidilən səsin pilota məxsus olmadığı ortaya çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm