Davudoğludan şok İŞİD açıqlaması
Bizi izləyin

Dünya

Davudoğludan şok İŞİD açıqlaması

Xarici işlər naziri bugünkü toplantıdan sonra açıqlama verib.

Publika.az xəbər verir ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, milli təhlükəsizlik naziri Hakan Fidan, Quru qoşunları komandanı general Hulusi Akar, Hərbi polis komandanı general Abdullah Atay görüşüblər. Görüşdə İŞİD-in Türkiyə-İraq sərhədinə doğru hərəkət etməsi müzakirə edilib.

Toplantıdan sonra Davudoğlu bunları deyib: “İŞİD kimi bir qurum radikal və terror qruplaşması kimi görünə bilər. Amma o qrupun içərisində kütlələr var. Məsələn, sünni ərəblər var, çoxlu sayda türkmənlər var.

Əgər İraqda sünni ərəblərə qarşı diskriminasiya olmasaydı, bu gün Mosul, Ənbar kimi vilayətlərdə toqquşmalar olmazdı. Demək olar ki, Suriyadakı kimi, 12%-lik bir qrupun ölkəni idarə etməyi bu cür olmasaydı, bunlar baş verməzdi. Orada dövlətçilik ənənəsi yoxdur. Baxın, Türkiyə dövlət içində dövlət qurmaq istəyənlərə qarşı dövlətçilik ənənəsindən gələn məsuliyyət hissi ilə mübarizə apara bilir.

İraqda dövlətlə vətəndaş arasında bir uçurum var. İŞİD də ona qarşı nifrətlə böyüyən bir təhdiddir.

Hamı “İŞİD gücünü haradan alır?” deyə soruşur. İŞİD nifrətlə qidalanır.

Ən çox iki şey haqqında danışırlar: birincisi – xarici döyüşçülər, ikincisi – xarici silahlar. Birincisi, İŞİD əvvəllər mərkəzi hökumətə işləyənlərdən ibarətdir. Bura mərkəzi hökumətə qarşı nifrəti olanları cəlb edir.

İkincisi, silahları ya Suriya rejimindən alırlar, ya da bu silahlar İraq ordusundan olan qənimətlərdir. Bir tərəfdə nifrətdən yaranan bir kütlə, digər tərəfdə isə tərk edilmiş silahlar var”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm