Əfqanıstanda 75 talibançı MƏHV EDİLDİ
Bizi izləyin

Dünya

Əfqanıstanda 75 talibançı MƏHV EDİLDİ

Əfqanıstanın təhlükəsizlik qüvvələrinin əməkdaşları ölkənin cənub əyaləti Qəndaharda "Taliban" hərəkatının 75 silahlısını zərərsizləşdirib.

Publika.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin xəbərində deyilir.

Bildirilir ki, hərbçilər xüsusi əməliyyat nəticəsində Qəndaharın Arqandab rayonu üzərində nəzarəti ələ almağa müvəffəq olublar.

Qəndaharın Polis İdarəsinin məlumatına görə, öldürülənlər arasında qruplaşmanın bir neçə komandiri də var.

Müdafiə Nazirliyində əlavə ediblər ki, “taliblər”dən təmizlənmə üzrə əməliyyatlar həmçinin Zabul, Kunar, Nanqarhar və Taxar əyalətlərində keçirilib.

"Taliban" hərəkatının nümayəndələri qisas əməliyyatı haqqında xəbərdarlıq ediblər. Qruplaşma həmçinin ölkənin paytaxtı Kabildə təhlükəsizlik qüvvələri əməkdaşlarının qətli haqqında bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm