Əsəd ordusu İŞİD-ə təslim oldu
Bizi izləyin

Dünya

Əsəd ordusu İŞİD-ə təslim oldu

İraq- Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Rakka şəhərində Əsəd ordusuna aid 93 hərbçini əsir götürdüyünü elan edib.

Axar.az xəbər verir ki, terrorçular çox sayda Əsəd qüvvələrini öldürdüklərini iddia edərək briqadanı nəzarət altına aldıqlarını bildiriblər.

Qeyd edək ki, Rakka şəhəri İŞİD-in Suriyada elan etdiyi tanınmayan Xilafətin mərkəzində yerləşir.

Ordu rəsmilərinin verdiyi açıqlamada iki gün öncə Rakka yaxınlığında şiddətli döyüşlərin getdiyi, hər iki tərəfin ağır artilleriyadan istifadə etdiyi və nəticədə 93 hərbçinin əsir düşdüyü rəsmən təsdiqlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm