"Düşmən geri çəkilsə də, hər an hücum edə bilərik"
Bizi izləyin

Dünya

"Düşmən geri çəkilsə də, hər an hücum edə bilərik"

HƏMAS-a bağlı “İzəddin Əl-Qəssam” briqadası İsrail ilə razılaşdırılan 72 saatlıq atəşkəsə baxmayaraq geri çəkilmək niyyətində deyil.

Axar.az xəbər verir ki, Əl-Cəzirə telekanalına danışan briqada üzvü yüksək hazırlıq vəziyyətində olduqlarını, hər an hücum edə biləcəklərini bildirib. Briqada üzvü düşmənin bütün şərtləri qəbul etmədiyi müddətcə mövqelərindən geri çəkilməyəcəklərini deyib.

İsrail Qəzzada bütün tunelləri məhv etdiyini açıqlasa da, “Əl-Qəssam” var olmağa davam edəcəklərini qeyd edir.

Briqada üzvü bir çox tunellərin məhv edildiyini bildirsə də, bəzi tunellərdə gizlənməyi bacardıqlarını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm