Ukraynanın daha bir qırıcısı vuruldu
Bizi izləyin

Dünya

Ukraynanın daha bir qırıcısı vuruldu

Ukraynanın şərqində separatçılar Ukrayna Hərbi-Hava Qüvvələrinə məxsus “MİQ-29” qırıcısını vurub.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, antiterror güclərinin mətbuat katibi Vladislav Seleznyov qırıcının “Buk” zenit-raket kompleksi ilə vurulduğunu bildirib.

“Bir saat əvvəl Yenakievo qəsəbəsi üstündə bizim qırıcımız vurulub. Qırıcı çox ehtimal ki, “Buk” zenit-raket kompleksi ilə vurulub”, - o, deyib.

Onun sözlərinə görə, hazırda axtarış-xilasetmə əməliyyatı keçirilir. Seleznyov Ukrayna qırıcısının plan uçuşu zamanı vurulduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm