Düşmənin yeni planı
Bizi izləyin

Dünya

Düşmənin yeni planı

və Ermənistan silahlı qüvvələrinin bütün təmas xətti boyu şiddətli atışmaların getdiyi, ordumuzun Tərtər-Ağdam istiqamətində azı 13 şəhid verdiyi bir vaxtda, bir qrup azərbaycanlı gənc Gürcüstanda ermənilərlə ortaq “Tekali Mic” nitq müsabiqəsində iştirak edib.

ANS TV-nin məlumatına görə, Gürcüstanın Azərbaycan və Ermənistanla sərhəd Təkəli kəndində avqustun 2-də üç ölkə QHT-lərinin ortaq layihəsi çərçivəsində nitq müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycan və Ermənistandan olan 24 iştirakçı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair öz baxışlarını təqdim ediblər.

Müsabiqə artıq ikinci ildir ki, keçirilir. Ötən il bu görüşdə iştirak etmiş Samirə Bayramovanın sözlərinə görə, tədbirin əsas təşkilatçısı Ermənistan QHT-ləridir.

Ötən il birinci dəfə təşkil olunan tədbirdə iştirak edən QHT nümayəndəsi Samirə Bayramova bu dəfə tədbirə qatılmayıb.

Samirə Bayramova deyir ki, “Tədbir ermənilər tərəfindən təşkil edilir. Tədbirə Azərbaycandan da qonaqlar çağrılır. Ümumiyyətlə tədbir maraqsız olduğuna görə iştirak etmədim”.

Cəbhə xəttində döyüşün getdiyi bir vaxtda azərbaycanlı gənclərin bu cür görüşlərdə iştirakına Bakıda çox neqativ baxırlar. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, Təkəli prosesinin qarşısı ilk gündən alınmalı idi.

Akif Nağı deyir ki, "Şəhidlərmizin qanı axdığı bir dəqiqədə, cavanlar məsələ qaldırdı ki, biz ermənilərlə dost olmalıyıq. Bu vicdansızlıqdır, bu şərəfsizlikdir. Ermənilər bunu qəsdən edir ki, cəmiyyətimizdə işğal sözü yaddan çıxsın”.

Akif Nağının fikrincə, bu cür görüşlərdə iştirak edən Azərbaycan gəncləri anlamalıdırlar ki, bu tip tədbirlər mövcud status-kvonun, yəni Azərbaycan ərazilərinin işğal altında qalmasının möhkəmləndirilməsinə yönəlib. Ermənistan QHT-lərinin və bu cür layihələri maliyələşdirən təşkilatların əsas məqsədi də məhz bundan ibarətdir.

Akif Nağı hesab edir ki, Azərbaycan və Ermənistan gəncləri arasında hər hansı bir görüş yalnız işğal altında olan torpaqlar azad edildikdən sonra keçirilə bilər. Hazırkı vaxtda bu cür görüşlərə qatılan şəxslər ictimai qınaqla rastlaşmalıdırlar.

Qeyd edək ki, hazırda Azərbaycanda Leyla Yunus və Arif Yunus, Rauf Mirqədirov məhz bu cür layihələrin həyata keçirilməsi adı altında Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edilirlər. Onlar barəsində məhkəmənin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm