NATO-Rusiya qarşıdurmasından qazanan Bakı olacaq
Bizi izləyin

Dünya

NATO-Rusiya qarşıdurmasından qazanan Bakı olacaq

“Rusiya-NATO əməkdaşlığının dayandırılmasından Rusiya deyil, ittifaqın özü itirəcək”.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Dövlət Duması beynəlxalq işlər üzrə komitənin sədri Aleksey Puşkov NATO baş katibi Anders Foq Rasmussenin bəyanatını şərh edərkən deyib.

Qeyd edək ki, NATO baş katibi hərbi alyansın bütün sahələrdə Rusiya ilə əməkdaşlığı dayandırdığını bildirib. NATO baş katibi bunun əvəzində isə Ukrayna ilə əməkdaşlığı genişləndirəcəyini dilə gətirib.
A.Puşkov xatırladıb ki, NATO Əfqanıstandan çıxarılacaq hərbi heyət, silahlar və hərbi texnikanın Rusiya ərazisi vasitəsilə gələcək daşınmasında maraqlıdır:

“Qoşunların Əfqanıstandan 2014-cü ilin dekabrından sonra çıxarılması nəzərdə tutulub. İki il əvvəl isə Ulyanovsk rayonun yükboşaltma məntəqəsi kimi istifadəsi barədə razılıq əldə olunub. Düşünürəm ki, bu olmaya bilər. Nəticədə yalnız biz deyil, NATO da uduzacaq.Onlar hərbi texnika və silahın böyük hissəsini tullamalı olacaq, hərbi heyət isə başqa ölkələr vasitəsilə daşınacaq”.

O, həmçinin qeyd edib ki, NATO hərbçilərini dağlıq aşırımlar və vadilərdə taliblər gözləyəcək. Xatırladaq ki, Rusiya ilə yanaşı, Azərbaycan da Əfqanıstandan çıxarılan NATO hərbi kontingentinin daşınma marşrutu hesab olunur. Rusiya-NATO əməkdaşlığının dayandırılması fonunda isə Azərbaycanın NATO üçün əhəmiyyəti arta bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm