Fransa prezidentinə xəyanət etdi (FOTO)
Bizi izləyin

Dünya

Fransa prezidentinə xəyanət etdi (FOTO)

Avqustun 12-də 60 illik yubileyi günü aktrisa Jüli Qaye ilə evlənəcəyini bəyan edən Fransa prezidenti Fransua Olland toyu təxirə salıb.

ANS PRESS-in məlumatına görə, buna səbəb aktrisanın ona xəyanət etməsi göstərilib. Jüli toy ərəfəsində yalnız istirahət etmək istədiyini deyərək, Korsika adasına yollanıb. Bir neçə gündən sonra "Voici" jurnalında dərc olunan fotolardan isə onun adada tək deyil, sevgilisi ilə birgə dincəldiyi məlum olub. Pierre Puybasset adlı hüquqşünasla beş gün boyunca Korsikada qalan 42 yaşlı aktrisanın daha sonra Parisə dönsə də Fransua Olland onunla bütün münasibətləri dərhal kəsib və təkbaşına on günlük tətilə çıxıb.

Qeyd edək ki, Fransua Ollandla aktrisanın eşq macərası bu ilin yanvarında üzə çıxıb. Bundan xəbər tutan Triyerveyler dərhal ondan ayrılıb.









Oxumağa davam et
Reklam
Reklam

Gündəm