Avropalı ekspert: “Rusiya münaqişələrin nizama salınmasında maraqlı deyil”
Bizi izləyin

Dünya

Avropalı ekspert: “Rusiya münaqişələrin nizama salınmasında maraqlı deyil”

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında məhsuldar rol oynaya bilmir”.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Avropa Siyasəti Mərkəzinin eksperti, Cənubi Qafqaz ölkələri üzrə ekspert Amando Pol Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən Soçi görüşünü şərh edərkən deyib.

“Krımın zəbti və Şərqi Ukraynada separatçılara dəstəyə görə Qərb və Rusiya arasında münasibətlərdə ciddi parçalanma yaranıb. Rusiyanın bugünkü rəhbərliyi, görünür, münaqişələrin nizama salınmasında deyil, yenilərin yaradılmasında maraqlıdır”, - avropalı ekspert bildirib.

Onun sözlərinə görə, Rusiya münaqişələrin həllinə imkan yaradan oyunçu üçün lazım olan nüfuza malik deyil. A.Pol həmçinin bildirib ki, Rusiyanın Ermənistan və Azərbaycana xüsusən silah satışı hesabına apardığı siyasət gərginliyin artmasına xidmət edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm