Hindistan Rusiya peyvəndindən də istifadə edəcək
Bizi izləyin

Dünya

Hindistan Rusiya peyvəndindən də istifadə edəcək

Hindistanın dərman vasitələri üzrə mütəxəsisslərin xüsusi komissiyası Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

Publika.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"Dərman vasitələrinin tənzimləyicisinin təhlükəsizlik üzrə komitəsi ölkədə Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib" - komissiyanın verdiyi qərarda deyilir.

Xatırladaq ki, "Sputnik V" Hindistanda təsdiqlənmiş üçüncü peyvənddir. Daha əvvəl ölkədə "AstraZeneca" şirkətinin texnologiyalarından istifadə edərək Hindistanda istehsal olunan "Covishield" və yerli "Covaxin" peyvəndlərinin istifadəsinə icazə verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm