Ərdoğandan Gülən jurnalistinə cavab – VİDEO
Bizi izləyin

Dünya

Ərdoğandan Gülən jurnalistinə cavab – VİDEO

Baş nazir müsəlmanları təhqir etdiyi iddiası ilə yazar Amberin Zamana: “Həddini bil, ədəbsiz qadın” deyib.

Publika.az xəbər verir ki, Türkiyə baş naziri və prezidentliyə namizəd R.T.Ərdoğan Malatyada təşkil etdiyi mitinqdə müsəlmanları təhqir etdiyi iddiası ilə “Tərəf” qəzetinin yazarı və “The Economist”in Türkiyə təmsilçisi Amberin Zamanın cavabını verib.

Baş nazir söyləyib: “Keçən dəfə Kılıçdaroğlu televiziyaya çıxıb, “AKP kütləsinin sorğulama bacarığı yoxdur. Xalqın əxlaq islahatına ehtiyac var” deyir. Orada da jurnalist tipli bir yaraqlı, ədəbsiz qadın çıxıb “müsəlman ölkəsindən bunu gözləmək çətin deyilmi?” deyir. Həddini bil, həddini. Həddini bil. Əlinə bir qələm veriblər, qəzetdə köşə yazırsan. “Doğan” qrupuna aid bir televiziyaya səni çıxardırlar, sən də orada 99%-i müsəlman olan bir xalqı təhqir edirsən. Həm seçicini, həm də, müsəlmanları təhqir edirsən”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm