Sanksiyalar Moskva zooparkını da çətin duruma salır
Bizi izləyin

Dünya

Sanksiyalar Moskva zooparkını da çətin duruma salır

Qərbin və Rusiyanın bir-birlərinə tətbiq etdikləri iqtisadi sanksiyalar Moskva zooparkının işinə də təsir edəcək.

Rusiya Avropa İttifaqından məhsulların gətirilməsinə qadağalar tətbiq edib. Moskva zooparkında isə heyvanlar gündəlik olaraq 400 kiloqram meyvə və tərəvəz yeyir.

Zooparkın mətbuat xidmətinin rəhbəri Anna Koçurovskayanın bildirdiyinə görə, məhsullaın çoxu Avropa İttifaqı ölkələrindən gəlir. Onlarla yarımillik razılışmalar var: “Hələlik zooparkın anbarlarında kifayət qədər azuqə var. Heyvanlar aclıq çəkməyəcək. Bundan sonra hansı ölkədən məhsullar gələcəyini bilmirəm. Hələ ki vaxt var, fikirləşəcəyik”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm