Ağ Ev qarşısında Ermənistana etiraz
Bizi izləyin

Dünya

Ağ Ev qarşısında Ermənistana etiraz

Vaşinqtonda yaşayan azərbaycanlılar son günlər Ermənistanla sərhəddə atəşkəsin kəskin pozulması ilə bağlı Ağ Ev qarşısında etiraz edib.

Publika.az xəbər verir ki, təxminən 40 nəfərlik bir qrup əllərində Azərbaycan bayraqları ilə Ağ Ev qarşısında toplaşıb. Aksiyada iştirak edən türklər və azərbaycanlılar “Qarabağ bizimdir, bizim olacaq”, “Ya Qarabağ, ya ölüm” şüarları səsləndirib.

Vaşinqtonda yaşayan müstəqil jurnalist Zaur Bayramlı Ermənistanın Azərbaycana təcavüzünə etiraz olaraq bu cür aksiya keçirdiklərini deyib. Son hücumlar nəticəsində 14 əsgərin şəhid olduğunu bildirən Bayramlı “bildiyiniz kimi, avqustun 8-də Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Məqsədimiz bu görüşdən əvvəl reaksiya göstərməkdir” deyə qeyd edib.

İki saat davam edən etiraz aksiyası heç bir müdaxilə və problem olmadan bitib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm