İŞİD daha bir bölgəni ələ keçirdi – VİDEO
Bizi izləyin

Dünya

İŞİD daha bir bölgəni ələ keçirdi – VİDEO

Dünəndən bəri kürdlər arasında baş verən döyüşlər nəticəsində İŞİD Mahmur düşərgəsini işğal edib.

Publika.az xəbər verir ki, İŞİD ağır döyüşlərdən sonra İraqın Ərbil şəhərindən 40 km uzaqlıqda olan Mahmur düşərgəsini ələ keçirib. Əldə edilən məlumatlara görə, yezidi kürdlərlə PKK-çılar arasında yaranan anlaşılmazlıq İŞİD-in işinə yarayıb. Məhz buna görə İŞİD Mahmuru ələ keçirə bilib.

Belə ki, yezidi kürdlərlə PKK-nın yaratdığı kürd silahlı birliyi arasında ittifaq problemi yaranıb. Yezidi kürdlərin geri çəkilməsi ilə PKK-çılar da Mahmur düşərgəsini tərk etmək məcburiyyətində qalıblar.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm