Ərəbi terrorçu adı ilə həbs etdilər
Bizi izləyin

Dünya

Ərəbi terrorçu adı ilə həbs etdilər

İsraillə Fələstin arasında atəşkəs əldə olunsa da, yəhudilər yenidən hər hansı terror aktı olacağından ehtiyat edirlər.

Sadə vətəndaşlarda artıq təşviş yaranmağa başlayıb. Publika.az İsrail mətbuatına istinadən xəbər verir ki, Yerusəlim-Beyt Şemeş reysi ilə hərəkət edən avtobusa minən adi ərəb, sürücünü qorxuya salıb. O, qeyri-adi heç nə etməsə də, sürücü polisə məlumat verib. Bir neçə dəqiqədən sonra polis patrulu avtobusu saxlayaraq ərəbi yerə düşürüb.

Məlum olub ki, ərəb Fələstin Muxtariyyətinin vətəndaşıdır və onun İsrailə giriş icazəsi yoxdur. Üzərindən xırda cib bıçağı çıxan ərəbi terrorçu adı ilə həbs ediblər.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm