Misirdə FACİƏ: 32 nəfər həlak oldu
Bizi izləyin

Dünya

Misirdə FACİƏ: 32 nəfər həlak oldu

Misirin Qalubiyyə vilayətində Qahirə-Mansura marşrutu ilə hərəkət edən sərnişin qatarının 4 vaqonunun relsdən çıxması nəticəsində azı 32 nəfərin həlak olduğu, 109 sərnişinin yaralandığı bildirilir. Ölənlərin sayı ilə bağlı məlumatı “Alarabia” telekanalı verib. Misir mətbuatı isə onların sayını açıqlamayıb.

Publika.az xəbər verir ki, sərnişinlərdən bir neçəsi relsdən çıxan vaqonların altında qalıb. Onların xilas edilməsi üçün əraziyə xilasetmə briqadası cəlb olunub. Misirin səhiyyə naziri Halə Zayid hadisə yerinə gəlib. O bildirib ki, qəza yerinə 57 təcili tibbi yardım maşını göndərilib və yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Bu, Misirdə son bir ay ərzində baş verən üçüncü qatar qəzasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm