Ukraynalı zabitlər Rusiyada məhkəmə qarşısına çıxarılır
Bizi izləyin

Dünya

Ukraynalı zabitlər Rusiyada məhkəmə qarşısına çıxarılır

Bu gün Rusiyanın Rostov vilayətində Ukraynanın 72-ci briqadasının 5 zabiti məhkəmə qarşısına çıxacaq.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ukraynanın Rostovdakı baş konsulluğundan bildirilib.

Rusiya ərazisinə keçən ukraynalı zabitlər müharibənin qadağan edilmiş metodlarından istifadə etməkdə ittiham edilir. Ukrayna konsulluğundan isə qeyd olunub ki, zabitlər barəsində 2 ay həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Dünən isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiyada Ukraynanın 46 hərbçisinin zorla saxlanıldığını açıqlayıb. Rusiyada saxlanılan digər ukraynalı hərbçilərin də məhkəmə qarşısına çıxarılacağı istisna edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm