Bu il Әfqanıstanda 573 mülki vәtәndaş öldürülüb
Bizi izləyin

Dünya

Bu il Әfqanıstanda 573 mülki vәtәndaş öldürülüb

Әfqanıstanın şәrqindәki Nanqarhar vilayәtindә törәdilәn silahlı hücum nәticәsindә 8 mülki vәtәndaş hәyatını itirib.

Publika.az xəbər verir ki, bu barәdә Nanqarhar vilayәtinin valisi Ziaulhak Amarhil mәlumat verib. O, tәcavüzkarların qaçdığını bildirib.

Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.

Birlәşmiş Millәtlәr Tәşkilatının Әfqanıstan üzrә yardım missiyasının aprelin16-da verdiyi bәyanatda 2021-ci ildә ölkәdә 573 mülki vәtәndaşın öldürüldüyü bildirilir.

Bәyanatda öldürülәnlәrin 43,5 faizinin Taliban, 17 faizinin hökumәtә tabe olan qruplaşmalar, 5 faizinin terror tәşkilatı FEAŞ, digәrlәrinin isә dövlәtә tabe olan qruplaşmalar tәrәfindәn öldürüldüyü deyilir.

Ölkәdә sülhün tәmin olunması ilә bağlı göstәrilәn sәylәr davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm