Yerevanın KTMT xülyası bitdi: “Qazaxıstan qardaş ölkə, Belarus isə…”
Bizi izləyin

Dünya

Yerevanın KTMT xülyası bitdi: “Qazaxıstan qardaş ölkə, Belarus isə…”

Azərbaycanı mütəmadi olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə hədələyən Ermənistanın təşkilata olan ümidləri getdikcə tükənir.

Publika.az-ın verdiyi xəbərə görə, erməni mətbuatı son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə KTMT-nin heç bir reaksiya vermədiyini bildirir.

“Ermənistanın təhlükəsizliyin təmin olunması sisteminin əsas komponentlərindən sayılan KTMT təmas xəttindəki gərginliyə heç bir reaksiya vermədi. Halbuki təşkilat üzvü olduğu Ermənistanın müdafiəsi ilə bağlı öhdəlikləri üzərinə götürüb”, - erməni mətbuatı yazır.

Hərbi ekspert Qaqik Karapetyan deyir ki, KTMT-nin indiki siyasəti tamamilə qeyri-təbii və qəbuledilməzdir: “KTMT ölkələrindən heç biri hadisələrə reaksiya vermədi. Yalnız Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov qısa şəkildə vəziyyətin ağır olduğunu bildirdi”.

O, KTMT-nin sükutunu belə izah edir: “Qazaxıstan Azərbaycan üçün qardaş dövlətdir və bir-birini dəstəklədiyindən, təbii ki, reaksiyalar da olmayacaq. Belarus, sadəcə olaraq, iqtisadi və hərbi-sənaye siyasətini aparır. Azərbaycana silah satır. KTMT-nin sükutu o demək deyil ki, təşkilat təsir vasitələrinə malik deyil. Onlar, sadəcə olaraq, bunu etmək istəmirlər, çünki bu, onların ümumi maraqlarına cavab vermir”.

Hərbi ekspert əmindir ki, genişmiqyaslı hərbi əməliyyatlar yenidən başlasa, KTMT kənarda qalmağa çalışacaq.

Hərbi analitik Samvel Babayan da hesab edir ki, KTMT cəbhə xəttindəki hadisələrə reaksiya verməyə borclu idi: “Fikrimcə, yalnız özümüzün silahlı qüvvələrimizə ümid etməyə məcburuq”.

Hərbi ekspert Samvel Petrosyan isə bu qənaətdədir ki, KTMT ölkələri Soçi görüşünün nəticələrini gözləyirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm