NATO sammitinin vaxtı açıqlandı - Sürpriz QƏRARLAR VERİLƏCƏK
Bizi izləyin

Dünya

NATO sammitinin vaxtı açıqlandı - Sürpriz QƏRARLAR VERİLƏCƏK

"NATO sammiti iyunun 14-dә NATO-nun Belçikanın paytaxtı Brüsseldәki mәrkәzi qәrargahında keçirilәcәk".

Publika.az xəbər verir ki, bunu təşkilatın Baş katibiYens Stoltenberq deyib.

O bildirib ki, iyun ayında keçirilәcәk sammitin NATO-nu güclәndirmәk üçün әhәmiyyәtli fürsәtdir:

"Müttәfiq ölkәlәrin liderlәrinin sammitdә Rusiyanın tәcavüzkar hәrәkәtlәri, terror tәhdidi, kiber hücumlar, inkişaf etmәkdә olan texnologiyalar, iqlim dәyişikliyinin tәsiri vә Çinin inkişafı kimi mövzularla bağlı qәrar qәbul edәcәyik"

NATO-ya üzv ölkәlәrin dövlәt vә hökumәt başçılarını bir araya gәtirәn NATO sammitinin sonuncu dəfə 2018-ci ildә Brükseldә keçirilib.

Qeyd edәk ki, NATO sammitinә Baş katib Yens Stoltenberq sәdrlik edәcәk.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm