İŞİD 250 uşağın ölümünə səbəb oldu
Bizi izləyin

Dünya

İŞİD 250 uşağın ölümünə səbəb oldu

İŞİD qruplaşmasının hücumları nəticəsində doğma yurdlarını tərk edən İraq əhalisi aclıq və səfalətlə üz-üzə qalıb.

ANS PRESS-in məlumatına görə, yezidi kürdlərin Sincar dağında ac olması səbəbindən 250 uşaq ölüb. Belə ki, uşaqların aclıq səbəbindən yedikləri ağac yarpaqları və zəhərli otlar onların ölümünə səbəb olub.

Bu barədə məlumat verən Əli Sincar adlı şəxs deyib ki, Sincar dağında on minlərlə adam aclıqdan ölə bilər: "Təcili bölgəyə humanitar yardımlar göndərilməlidir"

Qeyd edək ki, 250 uşağın ölümünü təsdiqləyən rəsmi məlumat yoxdur.

Mosulun Sincar rayonu İŞİD tərəfindən 3 avqustda ələ keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm