Donetskdə döyüşlər gedir (FOTO)
Bizi izləyin

Dünya

Donetskdə döyüşlər gedir (FOTO)

Ukraynanın Donetsk şəhərində avtomat və böyuk kalibrli silah atışmalarının səsləri eşidilir.

ANS PRESS-in məlumatına görə, Donetskdə vəziyyət gərgin olaraq qalır. Şahidlərin bildirdiyinə görə, aeroport tərəfindən raket atəşlərinin səsləri eşidilir.

Abakumovo qəsəbəsi ərazisində olan şaxtanın ətrafında döyüş əməliyyatları aparılır. Bu haqda Donetskin şəhər sovetinin mətbuat xidməti xəbər verib.

Bundan başqa, yaxındakı mikrorayonların sakinləri Biryuzova və Lidiyevka avtomat və böyuk kalibrli silahdan atışmaların səslərini eşitdiylərini bildirib.

Qeyd edilir ki, ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, avtobuslar yalnız Lidiyevka şaxtası dayanacağına qədər gedir.

Həmçinin bildirilir ki, Petrovski, Kirov rayonlarında və Mospino (Proletar rayonu) şəhərində döyüş əməliyyatlarına görə, briqadalar qəzalı elektrikgötürmə xəttinin və su kanalının obyektlərini bərpa edə bilmir.

Maşınqayırma zavodunun qəsəbələrində sakinlərin su təminiylə bağlı gərgin vəziyyət qalır. Lidiyevka (Kirov rayonu), Privolya, Şaxta 29-nun (Petrovski rayonu) sakinləri artıq necə gündür ki, susuz qalıb.

Xatırladaq ki, Donetskdə ötən gün ərzində 4 dinc sakin həlak olub, 18 nəfər isə yaralanıb.



























Oxumağa davam et
Reklam
Reklam

Gündəm