Dörd ayın acı mənzərəsi: 1543 ölü, 4396 yaralı
Bizi izləyin

Dünya

Dörd ayın acı mənzərəsi: 1543 ölü, 4396 yaralı

Ukraynanın şərqində ordu ilə separatçılar arasında gedən döyüşlərdə 1543 nəfər həlak olub, 4396-ı isə yaralanıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin köməkçisi İvan Şimon qurumun Təhlükəsizlik Şurasının iclasında bildirib.

BMT baş katibinin köməkçisi rəqəmlərin təsdiq edilmiş fakt və sənədlərə əsasən açıqlandığını deyib. “Hərbi əməliyyatlar nəticəsində vətəndaş infrastrukturu böyük zərər görüb, əhali arasında böyük itkilər var”, - o, qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm