İran-“altılıq” danışıqlarının növbəti mərhələsi başa çatıb
Bizi izləyin

Dünya

İran-“altılıq” danışıqlarının növbəti mərhələsi başa çatıb

Bu gün İsveçrənin Cenevrə şəhərində İranın nüvə proqramı üzrə danışıqların növbəti mərhələsi baş tutub.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin rəsmisi Maria Harf təxminən 5 saat davam edən danışıqların konstruktiv keçdiyini bildirib.

Son olaraq iyul ayının ortalarında keçirilən danışıqlarda İran və “altılıq” (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) razılığa gələ bilməmişdi. Tərəflər danışıqların 24 noyabra qədər uzadılması barədə razılıq əldə edib.

Həmin tarixə qədər İrana qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsi əvəzində bu ölkənin nüvə proqramının sülh xarakterinə zəmanət verən sənəd hazırlanmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm