Moskvaya xəbərdarlıq: “İstənilən təcavüzə müvafiq cavab veriləcək”
Bizi izləyin

Dünya

Moskvaya xəbərdarlıq: “İstənilən təcavüzə müvafiq cavab veriləcək”

“Rusiyadan genişmiqyaslı müdaxilə gözləmək üçün ciddi əsaslar var”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayananın BMT-dəki daimi nümayəndəsi Aleksandr Pavliçenko deyib.

Onun sözlərinə görə, Ukrayna-Rusiya sərhədindəki gərgin vəziyyət Rusiya qoşunun sülhməramlılar adı ilə Ukrayna ərazisinə müdaxilə ehtimalının yüksək olduğunu göstərir.

Diplomat bildirdi ki, Rusiya müdaxilə üçün şərait yetişdirir: “Rusiya Ukrayna hərbi bölmələrinə atəş açır. Rusiyanın pilotsuz təyyarələri Ukraynanın hava məkanını mütəmadi daim pozur. Amma istənilən belə müdaxilə təcavüz hesab ediləcək və müvafiq cavab veriləcək”.

Xatırladaq ki, analoji bəyanatla Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası sa çıxış edib. Qurum Ukrayna ilə sərhəddə 160-ə qədər tank və digər hərbi texnika, 20 minə qədər hərbçinin cəmləndiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm