ABŞ İŞİD-ə 2-ci aviazərbəni vurdu
Bizi izləyin

Dünya

ABŞ İŞİD-ə 2-ci aviazərbəni vurdu

ABŞ Hərbi Hava Qüvvələri bu gün ərzində ikinci dəfə İraqın şimalında yerləşən Ərbil şəhərində İraq və Şam İslam Dövləti (İŞİD) qruplaşmasının mövqelərini bombalayıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Pentaqonun mətbuat katibi, kontr-admiral Con Kirbi bildirib.

Onun sözlərinə görə, Hərbi Hava Qüvvələri Ərbil şəhərində "İslam dövləti" döyüşçülərinə zərbə vurub.

Yerli vaxtla saat 17:00-da pilotsuz təyyarələrin köməyi ilə cihadçıların minaatan mövqelərinə iki dəfə hücüm edilib, bir neçə döyüşçü "müvəffəqiyyətlə məhv edilib", - deyə Kirbi qeyd edib.

İkinci zərbə saat 18:20-də vurulub. Pentaqonun nümayəndəsi bildirib ki, dörd F/A-18 qırıcısı döyüşçülərlə dolu yeddi maşından ibarət sütuna hücüm ediblər, həmçinin Ərbil yaxınlığındakı artilleriya mövqeləri məhv edilib.

Kirbi izah edib ki, hücumun hədəfi "şəhəri qorumaq və ABŞ-dan olan mütəxəssislərin İraq hakimiyyətinə yardım göstərməyinə kömək etməkdir".

Ərbil hakimiyyəti daha əvvəl bildirirdi ki, cihadçılar şəhərdən 20 mildə ola bilərlər.

İraqda avia zərbələr haqqında qərar cümə axşamı ABŞ prezidenti Barak Obama tərəfindən qəbul edilib. Onun sözlərinə görə, zərbələr ABŞ maraqlarını qorumağa kömək edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm