Dünya
“British Airways” təyyarələri İraq üzərindən uçmayacaq
Britaniyanın aviaşirkəti “British Airways” bir çox dünya şirkətlərinin ardınca, İraqda vəziyyətin gərginləşməsi və ABŞ-nin İraqda aviazərbələrə başladığından ölkənin üzərindən uçuşları dayandırıb.
ANS PRESS-in məlumatına görə, bu barədə aviadaşıyıcının
nümayəndəsi xəbər verib.
“Biz müvəqqəti olaraq İraq hava məkanı üzərindən uçuşları
dayandırmışıq”- deyə nümayəndə jurnalistlərə dəqiqləşdirərək
İraqdan keçən məsələn,Doxa və ya Dubaya uçuşlarının
dayandırılımadığını, sadəcə marşurutlarını dəyişdiyini bildirib.
Onun sözlərinə görə hökümət qüvvələri ilə yaraqlılar arasında baş
verən münaqişə aviadaşımaları təhlükəyə atır.
Təhlükəsizliyi nəzərə alaraq daha əvvəl “Turkish Airlines”,
“Emirates”, “Etihad Airways” kimi və digər aviaşirkətlər İraq
üzərindən uçuşları dayandırmışdı.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İŞİD “İslam dövləti”
terrorist qruplaşmasının aktivləşməsindən İraqda təhlükəsizlik
təhdidi artıb. Axrıncı günə kimi Suriyada vuruşan İŞİD yaraqlıları
İraqın şima və qərb bölgələrinə hücum təşkil edir. Onlara İraq
daxilindən də insanlar, Səddam Hüseyn ordusunun əsgərləri və digər
kiçik terror təşkilatları qoşulur. 29 iyun İŞİD Suriyada və İraqda
Aleppodan başlayaraq İraqın şimalındalə Diyalaya kimi “islam
xəlifəsi”ni elan ediblər. Qruplaşma daha sonra Vanna və Sincar kimi
şəhərləri tutub. Hərbi cinayətlərinin həddi-hüdudu olmayan,
şiələrlə kürtlərin kütləvi edamlarını təşkil edən terror
təşkilatına qarşı bu cümə ABŞ İraq ordusuna kömək olaraq
aviazərbələrə start verib.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək