Dünya
Prezident jurnalistlərə ziyafət verəcək
Türkiyə prezidenti Abdullah Gülün avqustun 28-də vəzifə
müddətinin başa çatmasından sonra siyasi həyata davam edib
etməyəcəyi bilinməsə də, onun bu istiqamətdə ilk açıqlamanı
avqustun 11-də verməsi gözlənilir.
ANS PRESS-in xəbərinə görə, Abdullah Gül avqustun 10-da keçiriləcək
prezident seçkisindən sonra prezidentin rəsmi iqamətgahı “Çankaya”
köşkündə vida ziyafətləri təşkil edəcək.
Məlumata görə, Gül ilk vida ziyafətini avqustun 12-də dövlət
rəsmiləri, 15-də prezident administrasiyasının müxbirləri, 19-da
isə QHT nümayəndələri ilə təşkil edəcək.
Qeyd edək ki, müxbirlər üçün təşkil olunacaq vida ziyafətinin vaxtı
dəyişdirilərək avqustun 11-nə keçirilib.
Prezident seçkisinin ertəsi günü jurnalistlər üçün saat 15.00-də
keçiriləcək ziyafətdə sadəcə prezident administrasiyasında
akreditasiyadan keçmiş mətbu orqanların müxbirləri iştirak
edəcək.
Abdullah Gülün məhz bu tədbirdə "köşk" sonrası fəaliyyəti barədə
məlumat verməsi gözlənilir.
Xatırladaq ki, avqustun 10-da Türkiyədə ilk dəfə xalq səsverməsi
ilə prezident seçkisi keçiriləcək. Seçkidə 3 namizəd – Türkiyənin
baş naziri Rəcəb Tayyib Ərdoğan, İKT-nin sabiq sədri Ekmeleddin
İhsanoğlu və separatçı kürdlərin siyasi lideri Səlahəddin Demirtaş
prezident adı uğrunda mübarizə aparacaq.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək