İŞİD lideri ABŞ-a meydan oxudu
Bizi izləyin

Dünya

İŞİD lideri ABŞ-a meydan oxudu

İŞİD lideri Əbubəkr Əl-Bağdadi ABŞ-a meydan oxuyub.

Axar.az xəbər verir ki, İŞİD lideri Əbubəkr Əl-Bağdadi ABŞ təyyarələrinin İŞİD üzərinə hücumundan sonra Tvitter sosial şəbəkəsi vasitəsi ilə bir səs yazısı yayımlayıb.

Səs yazısında ABŞ-a meydan oxuyan Bağdadi bu sözləri deyib: “Bu mesajım Amerikaya, xristianların xaç daşıyıcılarınadır. Məni yaxşı dinləyin. Sizin adınıza döyüşənlər sizə İraq və Suriyada heç nə qazandırmayacaq. Tezliklə özünüzü “İslamın oğullarının” birbaşa qarşısında görəcəksiniz. Ki, onlar sizinlə döyüşmək üçün yaxşı hazırlayıblar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm