• USD 1,7000 0,00% EUR 2,0259 -0,65%
    • GBP 2,3667 -0,52% RUB 0,0235 0,00%

BMT-dən fəlakət xəbərdarlığı: "UÇURUMUN KƏNARINDAYIQ"

  • Dünya
  • 6 May 2021 21:36
  • 1 485 Baxış
BMT-dən fəlakət xəbərdarlığı: "UÇURUMUN KƏNARINDAYIQ"

"2020-ci ildə Yerdəki istilik 3 milyon ildə ilk dəfə rekord həddə çatdı. Ökələrin istixana qazı tullantılarını azaltma öhdəlikləri iqlim fəlakətinin qarşısını almaq üçün kifayət deyil".

Publika.az BELTA-ya istinadla xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

O bildirib ki, ötən il misilsiz ekstremal hava və iqlim fəlakəti dövrü olub:

"Karbon dioksid konsentrasiyaları yenidən ən yüksək səviyyəyə qalxdı. Bu, sənaye inqilabından öncəsi səviyyələrdən 148% daha yüksəkdir".

"Mövcud öhdəliklərə uyğun olaraq, hələ də əsrin sonlarına qədər fəlakətli 2.4 dərəcə istilik artımına doğru irəliləyirik. Uçurumun kənarındayıq. Ancaq birlikdə çalışsaq, iqlim sabitliyinin pozulmasının ən pis təsirlərinin qarşısını ala bilərik. Pandemiya sonrası sağalmadan yararlanmalıyıq. Daha təmiz və yaşıl inkişaf yoluna çıxmaq üçün", - deyə Quterreş deyib.

Hüseyn

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR