Elektrik faciəsi: 2 ölü, 4 yaralı
Bizi izləyin

Dünya

Elektrik faciəsi: 2 ölü, 4 yaralı

6 nəfəri elektrik cərəyanı vurub. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə gecə saatlarında Ordu Universiteti ərazisində su anbarı təmiri zavodunda qeydə alınıb.

Elektrik cərəyanı nəticəsində zavodun 2 işçisi ölüb, 4 işçi isə yaralanıb. Ölənlərdən biri Enver G olsa da, digəri hələ ki, şəxsiyyəti istintaqa məlum olmayan Gürcüstan vətəndaşıdır.

Elektrik cərəyanının vurması nəticəsində yaralanan Murat Ərdoğan, Kamal Sivrikaya və xarici vətəndaşlar Ilia Cibladze ilə Yuradi ətrafdakı xəstəxanalara yerləşdirilib. Yaralıların müalicəsi davam edir. Hadisə ilə əlaqədar istintaq qrupu yaradılıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm