Cadugərliyə rəsmi icazə verildi
Bizi izləyin

Dünya

Cadugərliyə rəsmi icazə verildi

Latviyanın Krimuldsk əyalətində cadu ayinlərinin keçirilməsinə rəsmi icazə verilib. Bu qərar əyalətin Dumasında qəbul edilib.

Deputatlar bildirir ki, müəyyən günlərdə ictimai yerlərdə cadugərliklə məşğul olmağa icazə veriləcək. Latviyanın digər əyalətlərində isə ictimai yerlərdə cadugərliklə məşğul olmaq qadağandır. Qeyd edək ki, avqustun 16-da Raqanda (Krimuldskun mərkəzində kənd – red.) cadugərlərə həsr olunan “Ruhlar gecəsi” adlı tədbir keçiriləcək.

Lüteran yepiskopu Pavel Bruvers isə Dumanının bu qərarını birmənalı qarşılamayıb. O deyib ki, Bibliyaya əsasən, cadugərlik və okkultizmlə məşğul olmaq yaxşı qarşılanmır.

Raqan latış dilindən “cadugər” kimi tərcümə olunur. Cadugər ayinlərinə görə şəhərə turistlər axını olur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm