Acı etiraf: “Əsl məğlubiyyət Ramil Səfərovla başladı”
Bizi izləyin

Dünya

Acı etiraf: “Əsl məğlubiyyət Ramil Səfərovla başladı”

“Ramil Səfərovun Azərbaycana qaytarılması Ermənistanın məğlubiyyəti idi”.

Publika.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri erməni siyasi şərhçi Akop Badalyan deyib.

Erməni diversantı Karen Petrosyanın ölümünə münasibət bildirən erməni şərhçi Ermənistanın məğlubiyyətinin əslində 3 il öncə - Ramil Səfərovun azad olunması ilə başladığını deyib.

“Bu müddət ərzində Ermənistan Xarici İşlər Nazirliyi nə işlə məşğul olub? Xarici siyasət idarəsində işləyənlərin atdığı addımlar Ramil Səfərov məsələsinə adekvat idimi? Azərbaycana qarşı heç bir ciddi diplomatik hücum edilmədi, ya da bunu bacarmadılar. Bu müddət ərzində bizi bir sual düşündürür: Biz məğlub olduqmu? Hərçənd son hadisələr fonunda “bəli” cavabı daha da qətiləşir. Bundan sonra da Macarıstan səfirliyinə yumurta və pomidor atmaq olar. Çünki əlimizdən başqa heç nə gəlmir”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm